iPhone telefon qiymətləri
Bu səhifədəki rəqəmlər TelBazar.az-da hazırda aktiv olan iPhone telefon elanları əsasında avtomatik hesablanır. Yəni gördüyünüz qiymət kataloq qiyməti deyil — Azərbaycan bazarında insanların real olaraq istədiyi qiymətdir.
Bu rəqəmlərdən necə istifadə etməli?
- Satırsınızsa: qiymətinizi median ətrafında qoyun. Ondan xeyli yuxarı elanlar uzun müddət satılmır.
- Alırsınızsa: aşağı hədddən 30–40% ucuz təkliflərə şübhə ilə yanaşın — ya məhsulda gizli qüsur var, ya da fırıldaqdır.
- Vəziyyət, komplektlik və zəmanət qiymətə birbaşa təsir edir; statistika ümumi oriyentirdir, konkret məhsulun dəyəri deyil.
- Ödənişi yalnız məhsulu gördükdən sonra, ictimai yerdə edin.