- Planşet noutbuku əvəz edə bilərmi?
- Mətn, təqdimat, poçt və brauzer işləri üçün klaviatura ilə birlikdə çox vaxt bəli. Lakin proqramlaşdırma, ağır Excel faylları, video montaj və ixtisaslaşmış proqramlar üçün noutbuk daha uyğundur.
- Uşaq üçün hansı planşeti seçim?
- Zərbəyə davamlı kabro ilə birlikdə 8–10 düymlük, valideyn nəzarəti funksiyası olan büdcə modeli optimaldır. Ekran vaxtı limiti və uşaq profili qurmağı unutmayın.
- Elan yerləşdirmək pulludurmu?
- Xeyr, TelBazar.az-da elan yerləşdirmək tamamilə pulsuzdur. Yalnız elanı önə çıxarmaq istəyəndə VIP (1 gün 1 AZN) və ya Premium (1 gün 2 AZN) paketlərindən istifadə edə bilərsiniz. Ödəniş balansdan avtomatik çıxılır və elan dərhal siyahının yuxarısına qalxır.
- Təhlükəsiz alış-veriş üçün nə etməliyəm?
- Görüşü gündüz saatlarında və ictimai yerdə təyin edin, məhsulu yerində yoxlayın, ödənişi yalnız məhsulu gördükdən sonra edin. Öncədən köçürmə tələb edən, qeyri-real ucuz qiymət göstərən və ya saytdan kənar ödəniş linki göndərən satıcılara etibar etməyin; şübhəli elanları “Şikayət et” düyməsi ilə bildirin.